Gerasimov Baş Qərargah rəisi vəzifəsindən çıxarıldı - KİV

22:12 - 13 Mart 2024 - GÜNDƏM

 Gerasimov Baş Qərargah rəisi vəzifəsindən çıxarıldı - KİV

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov çox güman ki, tutduğu vəzifədən azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın SOTA nəşri yazıb.

Məlumatda bildirilib ki, normativ hüquqi aktların rəsmi portalında “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general-polkovnik V.Poznixir”in namizədliyinin təsdiqini nəzərdə tutan hökumət qərarının layihəsi dərc edilib.

"Portalda sənəd layihəsinin dərc olunduğunu nəzərə alsaq, Gerasimovun məzuniyyəti haqqında danışmaq çətindir: qətnamə razılaşdırılarkən məzuniyyət artıq başa çatmalı idi".

Qeyd edilib ki, Gerasimovun fəaliyyəti ilə bağlı son məlumat fevralın 26-da dərc edilib. Müdafiə Nazirliyinin məlumatına görə, o, bir sıra mükafatlara layiq görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol