Ukraynanın Rusiyanın yaşayış məntəqələrinə hücumunun məqsədi bu həftə keçirilməsi planlaşdırılan prezident seçkilərini pozmağa çalışmaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin yerli mediaya müsahibəsində deyib.
“Əsas məqsəd, buna şübhə etmirəm, Rusiyada prezident seçkilərini pozmağa çalışmaq, heç olmasa, vətəndaşların normal iradə ifadəsi prosesinə hansısa formada müdaxilə etməkdir. Bu birincidir. İkincisi, bu, artıq informasiya effekti əldə etməkdir”, - o bildirib.
Putinin sözlərinə görə, hücumlar Ukraynanın müharibə zonasındakı uğursuzluqları fonunda həyata keçirilir:
“Üçüncüsü, heç olmasa nəyəsə nail olunarsa, gələcəkdə mümkün danışıqlar prosesində hansısa fürsət, müəyyən əsaslandırma əldə etmək istəyirlər. Yəni biz bunu sizə qaytaracağıq, siz də bunu bizə verin”.
Qeyd edək ki, son günlər Ukraynanın Rusiyaya kütləvi PUA hücumları kəskin artıb. Nəticədə Rusiyanın bir çox yerlərində neft baza və anbarlarına zərbələr endirilib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək