Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

01:58 - 14 Mart 2024 - GÜNDƏM

 Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfirləri dəyişdirmək qərarına gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Polşa XİN-in məlumatında deyilir.

“Xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Qeyd edək ki, R.Sikorski 2023-cü ilin payızından XİN-ə rəhbərlik edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol