Quş Bakı-Budapeşt təyyarəsini uçmağa qoymadı

11:04 - 14 Mart 2024 - GÜNDƏM

 Quş Bakı-Budapeşt təyyarəsini uçmağa qoymadı

“VizzEyr” şirkətinin Bakıdan Macarıstanın paytaxtı Budapeştə "Eyrbus A321” təyyarəsi ilə həyata keçirməli olduğu reys texniki səbəblərdən gecikir.

BUTA.TV xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol