Hadisə tənəffüs vaxtı baş verib.
Bu sözləri BUTA.TV-a açıqlamasında 135 nömrəli məktəbin direktoru Şəfa Qurbanova məktəbdə baş verən insidentlə haqda danışarkən deyib.
“9-cu sinif şagirdi məktəbin ayaqyolusunun pəncərəsindən qaçmaq istəyərkən dəmir borunun üzərinə yıxılıb. Hadisə tənəffüs vaxtı baş verib, dərsdən qaçmağa çalışırmış. Həmin an təcili yardım çağırılıb, polisə də məlumat verilib. Daha sonra şagird 2 saat ərzində müayinə olunub, MRT-dən keçərək evə buraxılıb. Diaqnozu çata yaxın ağır vəziyyət kimi qiymətləndirildi. Hazırda isə vəziyyəti qənaətbəxşdir”, - o bildirib.
Qeyd edək ki, 9-cu sinif şagirdi dərsdən qaçmaq üçün özünü oxuduğu məktəbin ikinci mərtəbəsindən atıb.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək