AZAL və ABB-dən yeni fürsət: aviabiletləri taksitlə əldə edin

12:24 - 14 Mart 2024 - GÜNDƏM

 AZAL və ABB-dən yeni fürsət: aviabiletləri taksitlə əldə edin

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, artıq sərnişinlər TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər. Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir.

TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər: - Bileti seçib ödəniş mərhələsinə keçməli; - Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər. Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar. ABB-nin TamKart-ını onlayn sifariş vermək üçün: https://abb-bank.az/az/ferdi/kartlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol