“Abzas media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb.
BUTA.TV xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.
Həmin iş çərçivəsində saxlanılan “Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbsi də 2 ay 29 gün müddətinə uzadılması barədə qərar qəbul olunub. Ötən ilin noyabr ayında onun barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. S.Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək