Məşhur fransız millətçi lider də Putindən üz döndərdi

14:24 - 14 Mart 2024 - GÜNDƏM

 Məşhur fransız millətçi lider də Putindən üz döndərdi

Fransanın ifrat sağçı Milli Birlik (Milli Cəbhə) Pasiyasının lideri Marin Le Pen Rusiyanı Ukraynaya təcavüzünə görə tənqid edib.

BUTA.TV xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“2022-ci il fevralın 24-də Ukraynanı işğal etməklə Rusiya AB-nin astanasında müharibəyə və şübhəsiz ki, son 20 ildə ən dramatik geosiyasi böhrana səbəb oldu. Ukrayna xalqı bizim hörmətimizə və dəstəyimizə malikdir”, - Le Pen bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Makronun əsas rəqibi olan Le Penin Rusiya ilə şübhəli əlaqələri və seçkidə Rusiya bankından külli miqdarda kredit götürdüyü haqda məlumat yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol