Vladimir Putindən qorxmaq yox, ona hörmət etmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Aleksey Navalnının silahdaşı Leonid Volkova hücumla bağlı sualı cavablandırarkən deyib.
“Bu, Litvada baş verib. Putindən qorxmaq lazım deyil, Putinə hörmət etmək, onu dinləmək lazımdır. Başqa ölkədə baş verənləri şərh edə bilmərik”, - o bildirib.
Qeyd edək ki, martın 12-də Vilnüsdə Volkov naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. O, bu hücumu “Putinin salamı” adlandırıb. Müxalifətçiyə hücumdan sonra Litva Prezidenti Gitanas Nauseda deyib ki, burada heç kim Vladimir Putindən qorxmur.
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!