Martın 14-də Baş nazir Əli Əsədov BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub.
Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.
İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.
Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyilə həyata keçirilir.
Qeyd edilib ki, görülən tədbirlər nəticəsində Azərbaycan yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer alıb.
Tərəflər, həmçinin Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla bağlı məsələləri nəzərdən keçiriblər.
Görüşdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev də iştirak edib.
- Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
- Bakının bu ərazilərində işıq olmayacaq
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Bu görüntülər matçı kölgədə qoydu - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək