Metroda dəhşət: Kişi sevgilisini qatarın altına atdı - Video

21:14 - 14 Mart 2024 - GÜNDƏM

 Metroda dəhşət: Kişi sevgilisini qatarın altına atdı - Video

Rusiyanın paytaxtı Moskvada metroda tanışını qatarın altına itələyən şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Teleqram kanalında məlumat verib.

Bildirilib ki, hadisə ötən gecə metronun “Voykovskaya” stansiyasının Zamoskvoretskaya xəttində baş verib. Cütlük platformada dayanarkən mübahisə edib və hirsli kişi sevgilisini yerə yıxıb. Sonra o, şahidlərə əhəmiyyət verməyərək onu birbaşa yaxınlaşan elektrik qatarının altına atıb.

Sürücü cəld reaksiya verib və təcili əyləci basıb, hadisə nəticəsində qız xəsarət almayıb. Hadisənin şahidi kişinin qaçmasına imkan verməyib. Bundan sonra polis şübhəli şəxsi saxlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol