Mahmud Abbas Mustafanı baş nazir təyin etdi

23:52 - 14 Mart 2024 - GÜNDƏM

 Mahmud Abbas Mustafanı baş nazir təyin etdi

Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.

BUTA.TV xəbər verir ki, təyinata qədər Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun direktoru olub. Mahmud Abbas ona ölkənin 19-cu hökumətini formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Fələstin Prezidenti fevralın 26-da Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol