Büdcə xərcləri 3,3 milyard artırıldı – Baş nazir

12:02 - 15 Mart 2024 - GÜNDƏM

 Büdcə xərcləri 3,3 milyard artırıldı – Baş nazir

2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 milyard dollar artaraq, 68,5 milyard dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib:

“Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarətlə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Əli Əsədov qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol