Rusiya seçki məntəqələrində mürəkkəbi yoxa çıxan qələmlərdən istifadə olunması ilə bağlı iddialar ortaya atılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntülər Rusiya Teleqram kanallarında yayılıb.
Bildirilib ki, bu qələmlərlə bülletenlərə qoyulan işarələr qızdırılanda yoxa çıxır:
“Hamıya seçki kabinələrinə ancaq bu qələmləri qoymağı tapşırdılar. “BiC” şirkətinə məxsus qələmlər prezident seçkilərinin rəsmi emblemi olan qutuda olub.
Eyni qələmlərə Rusiyanın bir çox seçki məntəqəsində rast gəlinir”, - deyə kanal hadisə şahidinin sözlərini yayıb.
Kanalın məlumatına görə, 2009-cu ildən bəri Rusiya seçkilərində “yoxa çıxan mürəkkəb” texnologiyasından istifadə edilir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu gün başlayıb və 3 gün davam edəcək.
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...