Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
“Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - baş məşqçi bildirib.
- “Dörd nəvəmin hamısı ADA-nı bitirib” - Video
- Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...