Ukrayna müharibədə qalib gəlməli, Rusiya isə məğlub olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Latviya Prezidenti Edqars Rinkeviç X səhifəsində yazıb.
O, “Qərb Rusiyaya qalib gəlməyə imkan verməməlidir” deyən Fransa Prezidenti Emmanuel Makrona dəstəyini ifadə edib.
“Makronu tam dəstəkləyirəm. Biz özümüz üçün deyil, Rusiya üçün qırmızı xətlər çəkməliyik. Ukrayna qalib olmalı, Rusiya məğlubiyyətə uğramalıdır”, - deyə Rinkeviç bildirib.
Prezident həmçinin latın dilindəki “Carthago delenda est” (Karfagen məhv edilməlidir) ifadəsini xatırladaraq, “Russia delenda est” (Rusiya məhv edilməlidir) yazıb.
- 1055 kilometrlik yola Trampın adını verdilər - Video
- Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi
- Bakıda temperatur 3-4 dərəcə enəcək
- Sabah temperatur enəcək
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
- “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video
- Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi