Tiktokda tanış olduğu şəxsdən narkotik aldı...

10:14 - 16 Mart 2024 - GÜNDƏM

 Tiktokda tanış olduğu şəxsdən narkotik aldı...

Tiktokda tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.

Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki Tiktok platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə batan şəxs müstəntiq imiş

Faktlarla bağlı araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol