Tanınmış jurnalist, Azvision.az saytının rəhbəri Vüsal Məmmədov “AvtoStop” radio və televiziya layihələrinin rəhbəri, dicey Tural Yusifovu tənqid edb.
BUTA.TV Konkret.az-a istinadən xəbər verir ki, özünün “Facebook” hesabında paylaşım edən jurnalist Tural Yusifovu yarımçılıqda, dini inancında səmimi olmamaqda günahlandırıb: “Avtostop Tural”ın dindarlığı ilə heç vaxt işim olmayıb. Ümumiyyətlə, heç kimin inancı ilə işim yoxdur. Mənə maraqlı olan adamların yarımçıqlığıdır. Adam illərlə dindarlığını gözə soxub – efirdə, sosial şəbəkədə, hər yerdə! Allaha inandığını hər fürsətdə qabardıb. Amma günlərin birində arvadının çimərlik paltarında şəkli yayılanda çıxıb deyir ki, “əladır, özüm çəkmişəm!” Həqiqətən əla idi, amma onun inandığı və təbliğ etdiyi Allah bunu qadağan edir axı!”
İslam dininin müqəddəs kitabı olan Quranın qadın bədəninin görünməsini birmənalı şəkildə yasaqladığını xatırladan jurnalist daha sonra bunları yazıb:
“Tural Quranla arvadının “kupalnik”inin arasında qalanda ikincini seçir. Allahın sözü unudulur, Xalid Hüseynidən sitat qabağa keçir. İndi hörmətli diceyin hörmətli xanımı deyib ki, qızı ərə getmədən kiminləsə yatsa, etiraz etməyəcək. İnsan hüquqları baxımından tamamilə normal fikirdir. Amma İslama görə bu, zinadır və ağır günahlardan sayılır. Əminəm, Tural yenə qadınını müdafiə edəcək. Düz də edəcək. Mənim onların münasibəti ilə işim yoxdur. Sadəcə, yadıma düşdü ki, çıxışlarının birində avtostopçu coşaraq, ateistləri “kişi” olan və olmayan deyə iki hissəyə bölmüşdü. Bilmirəm, o bölgüdə əsas meyar nə idi. Amma yəqin, dindarlar da kateqoriyalara bölünürlər. Allaha kişi kimi inanan, dinin buyurduğuna kişi kimi əməl edən dindarlar var. Bir də var, avtoOstopçular. Əqidəsi ilə arvadının “kupalnik”inin arasında qalanda ikincini seçənlər. Natamamlar. Şəxsən mən insanları əqidələrində tam və natamam kateqoriyalarına bölərdim”.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi