Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şəmkir rayonunda baş verib. Arif Hacıyev ailədaxili münaqişə zəminində arvadı Röyalə Hacıyevanın boğazını kəsərək onu qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı