Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. Çillər Əsədli uzun illərdir sözügedən şöbənin rəisi kimi təhsil və tibb müəssisələrində "İntihar və intihara cəhd hadisələrin qarşısının alınması”, "Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” mövzusunda seminarlar keçirib.
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı
- Qaxda iki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı