Azyaşlı futbolçu faciəvi şəkildə öldü

22:24 - 1 Avqust 2026 - GÜNDƏM

 Azyaşlı futbolçu faciəvi şəkildə öldü

“Şamaxı” futbol klubuna ağır itki üz verib.

BUTA.TV” xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Gənc futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, 12 yaşlı S.Babazadə Qax-Qoragan avtomobil yolunda baş verən ağır qəzada həlak olub. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol