Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC karyerasında növbəti uğuruna imza atıb.
“BUTA.TV” xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşıb.
Yüngül çəki dərəcəsində baş tutan döyüş gecənin ilkin kartında yer alıb. Musayev rəqibini məğlub edərək UFC-də ikinci qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Azərbaycanlı döyüşçü təşkilatda debütünü 2025-ci ilin iyununda Bakıda keçirib və Mıktıbek Orolbayla görüşdə məğlub olub. O, daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesə qalib gələrək UFC-də ilk qələbəsini qazanmışdı.

- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı