Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyev müalicəsini başa vuraraq Azərbaycana qayıdıb. Bu barədə Gununsesi.info-ya sabiq PA rəhbərinə yaxın mənbə bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyevin səhhətində ciddi problemlər yaranması səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılmışdı.
Həmin xəbərdə deyilirdi ki, MKX -da bir gün qalan Mehdiyevi sonradan İsrailə aparıblar. Yaxınları bildirib ki, Ramiz Mehdiyev həmin zaman İsrailə deyil, Almaniyaya aparılıb.
“Bu həftənin əvvəli Almaniyadan Azərbaycana qayıdan Ramiz müəllim ev şəraitində müalicəsini davam etdirir” deyə yaxınları əlavə edib.
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video
- İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında...
- Prezident açılışda - Fotolar
- Kartlara limit qoyuldu: ABA-dan açıqlama
- Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü
- Sabiq nazir Tovuzda dəfn edildi - Foto