Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daşqınları zamanı tədbir görmədiklərinə görə bir sıra məmurları danlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Baş nazir Roman Sklyar, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov, Aktübinsk, Kostanay və Qərbi Qazaxıstan, Atırau, Akmolinsk, Almatı və Pavlodar vilayətlərinin rəhbərləri prezident tərəfindən tənbeh olunublar.
“Prezident bildirib ki, hökumətlə yerli icra hakimiyyəti orqanları arasında koordinasiya yoxdur. Prezident zərər çəkmiş rayonların sakinlərinin şəxsi əmlakının külli miqdarda itkisindən təəssüfləndiyini bildirib. O, üzr istəyib və bütün zərərçəkənlərə maddi yardım göstəriləcəyini əminliklə bildirib”, - məlumatda qeyd olunub.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- BMT TŞ Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
- Rusiya Abxaziyada böyük təlimlərə başlayır
- Özbəkistan əlifbasını dəyişdi
- Rusiya qoşunları iki kəndi ələ keçirdi
- Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi
- Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
- “Mövzu mənəm, xərçəngə nifrət edirəm”
- 146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi