Avropa Birliyinin Rusiya nefti və qazından asılılıqdan qurtulmaq səyləri uğursuzluğa düçar olub. Eyni zamanda, 27 ölkədən ibarət birlik qış mövsümünə qaz ehtiyatlarının çox aşağı səviyyədə olduğu bir vaxtda daxil olur.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb.
“Avropa Auditorlar Məhkəməsi öz hesabatında qeyd edib ki, AB yaxın bir neçə il ərzində Rusiya enerji resurslarını müxtəlif mənbələrdən əldə olunan yanacaqla tam əvəz etmək, həmçinin bərpa olunan enerji mənbələrini və üzv ölkələr arasında enerji axınlarını artırmaq üçün elektrik şəbəkəsi infrastrukturunu genişləndirmək məqsədlərinə çatmaq üçün kifayət qədər vəsait yatırmır”, – deyə nəşr bildirib.
Qeyd olunur ki, AB-nin Rusiya enerji resurslarından imtina planı məhz Avropanın enerji təhlükəsizliyinin Yaxın Şərqdəki qarşıdurmalar səbəbindən yenidən təhdidlərlə üzləşdiyi bir vaxtda ləngiyir:
“Avropa qış mövsümündən əvvəl qaz anbarlarının doldurulması ilə bağlı çətinliklərlə üzləşir. Buna səbəb İran müharibəsinin dünya üzrə enerji tədarüklərini məhdudlaşdırmasıdır. “Gas Infrastructure Europe” təşkilatının məlumatına görə, AB ölkələrinin qaz anbarları hazırda cəmi 67 faiz doludur. Bu göstərici ötən ilin eyni dövründə 80 faiz təşkil edirdi”.
Analitiklər xəbərdarlıq ediblər ki, bu vəziyyət qış aylarında qaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Çünki AB-nin Rusiya qazından imtina planı çərçivəsində 1 yanvar 2027-ci ildən etibarən Rusiyadan bütün mayeləşdirilmiş təbii qaz (LNG) idxalının qadağan edilməsi planlaşdırılır.
- Ukrayna bu raketlər qarşısında acizdir - Devis
- Avropanın Rusiya ilə bağlı uğursuz planı - Xəbərdarlıq
- Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
- 25 ailə doğma yurduna qayıdır - Fotolar
- Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
- “1914-cü ildə istifadəyə verilib, heç bir standarta uyğun gəlmir” - Video
- Bu iki yol bağlı olacaq
- İsrailin bu ölkədə səfirliyi açıldı