İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi

10:27 - 10 Sentyabr 2026 - GÜNDƏM

 İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi

İranın “Araz” azad iqtisadi zonasının rəhbərliyi Ermənistanla iki ölkənin sərhədində birgə azad iqtisadi zona yaradılmasını təklif edib.

BUTA.TV xəbər verir ki, bunu İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisi çərçivəsində “Araz”ın icraçı direktoru Hadi Müqəddəmzadə deyib.

Onun sözlərinə görə, təklifini İrəvanda görüşdüyü Ermənistan iqtisadiyyat nazirinin müavinlərindən biri ilə söhbəti zamanı səsləndirib:

“Azad iqtisadi zona Mehridə, İranda “Araz”ın ərazisində və ya Ermənistanla sərhəddə yerləşən eyniadlı “Nurduz” sərhəd-keçid məntəqəsinin yaxınlığındakı qəsəbədə yaradıla bilər. Bunun konkret olaraq harada yerləşməsi o qədər də vacib deyil, əsas məsələ nəticədir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol