Əgər Respublikaçılar Partiyası noyabr ayında keçiriləcək aralıq seçkilərdə qalib gələrsə, ABŞ-ın yetkin yaşda olan vətəndaşlarının hər biri 5000 dollar alacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallasda partiyanın iclasında çıxışında deyib.
“Əgər Respublikaçılar ABŞ Nümayəndələr Palatasında və Senatda çoxluğu əldə etsələr, böyük gücümüz və iqtisadi uğurlarımız sayəsində mən ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar məbləğində dividend ödəyəcəyəm. Ödəniş "Tramp dividendləri" adlanacaq”, - Tramp bildirib.
“Qardian”nəşri yazıb ki, ABŞ-da 235 milyondan çox yetkin vətəndaş yaşayır və bu da Trampa 1 trilyon dollardan çox başa gələcək.
Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri bu ilin 3 noyabrında keçiriləcək.
- İsrail Türkiyəyə yeni səfir göndərdi
- Rusiya Xəzər dənizi üzərində PUA-lar vurdu
- Rusiyada deputatlığa namizəd küçədə öldü
- “Evlərin arasında yanacaqdoldurma məntəqəsi tikilir, həyatımız təhlükədədir” - Açıqlama
- İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi
- Husilər heç kimdən əmr almır… - Bəqai
- Tramp seçicilərə pul paylayır: 1 trilyon dollar...
- 1660-cı gün: Rusiyanın itkiləri yeniləndi