Xətai rayonunun Naxçıvan küçəsində fəaliyyət göstərən pivə zavodundan Xəzər dənizinə çirkab suların və xoşagəlməz qoxuya səbəb olan maddələrin axıdıldığı iddia edilir.
“Buta.tv” xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayılıb. Bildirilib ki, çirkli suyun dənizə axıdılması ətraf mühitə ciddi zərər vurur.
DİN-in Su Nəliyyatında Polis İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir:
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
“Vətəndaşın iddia etdiyi məsələ ilə bağlı tərəfimizdən araşdırmalar aparılıb. “Alko LMD Azər Spirt 2024” MMC-yə və onların tullantı suların daşınmasına dair müqaviləsinə baxış keçirilib, lazımi nümunələr götürülüb. Eləcə də digər aidiyyəti qurumlara sorğularla müraciət edilib. Toplanmış materiallar əsasında müəyyən edilib ki, dənizə zərərli maddələrin axıdılması faktı mövcud deyil və toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.

- “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
- “Xətaidə tullantı sularının dənizə axıdılması həqiqətə uyğun deyil” - Rəsmi
- İranda dollar yenə bahalaşdı
- Qazaxıstanda şok əməliyyat: 21 ton narkotik...
- Putin və Tramp bu məsələni müzakirə etdi - Peskov
- Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
- Qərbi Azərbaycanda din xadimi öldürüldü
- Suriyada güclü partlayış: 3 nəfər öldü