Böyük Britaniyanın xüsusi təyinatlı SAS bölməsinin veteranları Rusiya vətəndaşlarına Ukraynaya qarşı müharibədə iştirak etmək üçün təlim keçə bilərdilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Teleqrаf” Avstraliya xüsusi xidmət orqanı üçün hazırlanmış və “Five Eyes” kəşfiyyat alyansına (Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ) nəzərdə tutulan məxfi kəşfiyyat hesabatına istinadən yazıb.
Nəşrin məlumatına görə, sənəddə “yüksək əminliklə” bildirilir ki, Qərb ordularının veteranları Rusiya vətəndaşlarının, xüsusilə də hazırda hərbi xidmətdə olan şəxslərin hazırlanmasına cəlb ediliblər. İddialara görə, təlimlər Bolqarıstan və Serbiyada fəaliyyət göstərən özəl hərbi təlim mərkəzlərində keçirilib.
Qeyd olunub ki, kəşfiyyat bu barədə iki keçmiş avstraliyalı xüsusi təyinatlı hərbçidən və bir ehtiyatda olan hərbçidən məlumat alıb. Onlar bildiriblər ki, belə düşərgələrdə təlimatçı kimi işləməyə cəhd edilib.
Araşdırmanın əsas obyektlərindən biri Bolqarıstanın Meyden şəhərində yerləşən “Alfa-Metal” təlim mərkəzidir. Şirkət xüsusi təyinatlıların hazırlanması və təkmilləşdirilmiş snayper kursları təklif edir. Kursların qiyməti təxminən 4 min avrodur.
Hesabatda iddia olunur ki, “Alfa-Metal” müxtəlif hərbi təcrübəyə malik təlimatçıları cəlb edir. Onların arasında Britaniyanın SAS bölməsinin, Avstraliyanın “Commando Regiment” xüsusi təyinatlılarının, ABŞ Hərbi Dəniz Qüvvələrinin və ABŞ polis strukturlarının nümayəndələrinin də olduğu bildirilir.
Eyni zamanda, nəşrin yazdığına görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalına başlamasından sonra Avropadakı özəl hərbi təlim mərkəzləri Rusiya vətəndaşlarını kurslara qəbul etməyə davam ediblər. Bu kurslar arasında, xüsusilə, yaxın məsafədə döyüş aparmaq üzrə təlimlər də olub.
- Husilər heç kimdən əmr almır… - Bəqai
- Tramp seçicilərə pul paylayır: 1 trilyon dollar...
- 1660-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Mahaçqalanı vurdu: Teatrda yanğın başaldı - Video
- Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
- Bu, Rusiyanın əsl niyyətlərini ortaya qoyur - Sibiqa
- Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
- Məxfi məlumat: Avropada ruslara hərbi təlimlər keçirilib