“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi

18:11 - 9 Sentyabr 2026 - GÜNDƏM

 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişiləri uzun saqqal və qısaldılmış şalvar geyinməyi dəb halına gətirməməyə çağırıb. 

BUTA.TV” TASS-a istinadla xəbər verir ki, Çeçenistan lideri bu cür geyim və xarici görünüş tərzinin gənclər arasında yanlış meyl yaratdığını bildirib.

Kadırov qeyd edib ki, uzun saqqal saxlayanların əksəriyyəti cümə namazlarına və məscidlərə getmir, əvəzində küçələrdə vaxt keçirib avaraçılıqla məşğul olurlar: 

“Onlar uzun saqqal və qısaldılmış şalvar geyinməyi nə idisə bir dəbə çeviriblər və gənc nəsil də onlara bənzəməyə başlayır. Saqqallarınızı qısaldın və onları dinimizə uyğun şəkildə saxlayın”. 

Region rəhbəri həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edib. O, qadınları milli və dini dəyərlərə uyğun geyinməyə səsləyərək Çeçenistanda heç vaxt çadra örtünmək ənənəsinin olmadığını vurğulayıb. 

Xatırladaq ki, avqust ayında Ramzan Kadırov “Vahid Rusiya” partiyasının Çeçenistan regional bölməsi tərəfindən təkrarən respublika rəhbərliyinə namizəd göstərilib. Bundan əvvəl isə o, seçkilərə “məcburi olaraq” qatıldığını bəyan etmişdi.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol