ABŞ-da benzin kəskin ucuzlaşacaq - Tramp

01:12 - 10 Sentyabr 2026 - GÜNDƏM

 ABŞ-da benzin kəskin ucuzlaşacaq - Tramp

ABŞ-da yanacaq qiymətləri noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl enməyəcək.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Seçkilərdən dərhal sonra neftin qiyməti kəskin şəkildə düşməyə başlayacaq. Düşünürəm ki, benzin qiymətlərinin qallon (3,780 litr) üçün 2 dollardan aşağı düşməsini təmin edəcəyik", - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Amerika Avtomobil Assosiasiyasının hesablamalarına görə, 9 sentyabrda ABŞ yanacaqdoldurma məntəqələrində bir qallon Regular markalı (92 markalı) benzinin orta qiyməti təxminən 4,22 dollar olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol