“Azərbaycan cəmiyyətində bu cür iddiaların ortaya atılması anlaşılandır. Serj Sarkisyan, Robert Koçaryan və Seyran Ohanyan kimi şəxslər Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak ediblər və təşkilatçıları olublar. Ona görə də, Azərbaycanda hər 3 şəxs barədə cinayət işi açılıb və onlar beynəlxalq axtarışa verilib”.
Bu sözləri açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Ermənistanda bu iddiaların ortaya atılması isə daha çox müxalifyönlü qüvvələrin cəmiyyətdə mövcud hakimiyyətə qarşı etirazları qızışdırmaq məqsədi daşıyır:
“Azərbaycan cəmiyyəti çox istəyir ki, onlar da Bakıda mühakimə olunan digər separatçılar kimi ədalət məhkəməsinə çıxarılsın. Ermənistanda bu iddiaların ortaya atılması isə daha çox müxalifyönlü qüvvələrin cəmiyyətdə mövcud hakimiyyətə qarşı etirazları qızışdırmaq məqsədi daşıyır. Bu kimi qüvvələr Baş nazir Paşinyanı Azərbaycanla əməkdaşlıqda və milli dəyərlərə xəyanətdə ittiham edir. Nəzərə alaq ki, Ermənistan cəmiyyətinin bir qismi bu şəxsləri hələ də qəhrəman kimi qəbul edir”
Siyasi şərhçi əlavə edib ki, bəzi proseslərdən sonra erməni liderlərin Azərbaycana təhvil verilməsi mümkün ola bilər:
“Amma yaxın gələcəkdə həmin şəxslərin Azərbaycana təhvil verilməsini real hesab etmirəm. Çünki bununla bağlı mütləq şəkildə lazımi prosedurlar həyata keçirilməlidir. Yəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Bunun imzalanması üçün referenduma ehtiyac var. Digər tərəfdən, hüquqi yardım və əməkdaşlıq haqqında qarşılıqlı müqavilələr olmalıdır. Yalnız bundan sonra Sarkisyan, Koçaryan və Ohanyanın Azərbaycana təhvil verilməsi mümkün ola bilər. Bunun üçün də müəyyən vaxt lazımdır”.
O.Qasımov vurğulayıb ki, Sarkisyan, Koçaryan və Ohanyanı da eyni aqibətin gözləməsi istisna deyil:
“Gələcəkdə bunu istisna etmək olmaz. Keçmiş Yuqoslaviya nümunəsində biz bunu görmüşük. Vaxtilə müsəlmanlara və xorvatlara qarşı müharibə cinayətləri törətmiş Ratko Mladiç, Radovan Karadziç və Slobodan Miloşeviç kimi serb liderlər Beynəlxalq Haaqa Məhkəməsində mühakimə olundular. Sarkisyan, Koçaryan və Ohanyanı da eyni aqibətin gözləməsi istisna deyil”.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb. İş üzrə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan təqsirləndirilən şəxslər kimi keçir. Koçaryana qarşı çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı irəli sürülüb. Avqustun 26-da onun barəsində 2 aylıq həbs-qəti imkan tədbiri seçilib.
- Bakının bu ərazilərində mənzil alanlar xeyli pul qazanacaq
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
- Məktəblərdə sinif otaqları kirayə verilir – SƏRT TƏNQİD
- “Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- Prezident Qaradağda açılışda - Fotolar
- Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
- Fidan və İshaq Darla danışdı
- Rusiyada 8 hərbi təyinatlı obyekt vuruldu - Video