Dünyanın ən məşhur yutuberi “MrBeast” (Cimmi Donaldson) X səhifəsində yerləşdirdiyi 5 köhnə videosundan iki ayda 1 milyon dollar qazanıb.
BUTA.TV xəbər verir ki, bu barədə bloger özünün X səhifəsində yazıb.
Bildirilib ki, onun videolarının hər birinə 123-177 milyon baxış olub. Ümumilikdə isə X səhifəsində “MrBeast”in vidolarına 750 milyondan çox baxılma olub.
“Hazırda X-da reklam gəliri təxminən bir milyon dollardır. Mən onları video büdcəmə əlavə edirəm ki, kontentə daha çox pul xərcləyim”, - bloger bildirib.
Qeyd edək ki, “MrBeast” 250 milyon izləyici ilə 2023-cü ildə Yutubun ən çox qazananlarından olub. Onun ötənilki qazancı 100 milyon dollardan çoxdur. Onun paylaşdığı bir video orta hesabla 1.8 milyon dollar gəlir gətirir.
- Ermənistan “qırmızı xətlərə” hörmət etdiyini deyir – Arakçı
- Tramp 907-ci maddənin fəaliyyətini rəsmən dayandırdı
- Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs
- Overçuk Zəngəzura görə İrəvana gəlir
- Ukraynaya növbəti humanitar yardım göndərildi
- İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi
- İrəvanda AB-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək