2026-cı ilin birinci yarısında Azərbaycanda 52,3 min yeni iş yeri açılıb.
BUTA.TV Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Belə ki, hesabat dövründə açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərində, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 21 faizi isə digər regionlarda yaradılıb.
Regionlar üzrə yeni iş yerlərinin 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Yeni iş yerlərinin 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunda açılıb.
Yaradılmış iş yerlərinin 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,6 faizi tikinti, 16,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 9,2 faizi peşə, elmi və texniki fəaliyyət, 7,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində açılıb.
Bundan başqa, həmin iş yerlərinin 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi informasiya və rabitə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.
Yeni iş yerlərinin 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,5 faizi təhsil, 7,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə yaradılıb.
- İki məktəb direktoru işdən çıxarıldı - Səbəb
- DİM-dən 700-ə yaxın şəxsə xoş xəbər
- Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi - Siyahı
- Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
- Sabah çimərliklərdə hava necə olacaq?
- Bakıda gənc müəllimi “tok” vurub öldürdü
- Direktorların işə qəbulu ilə bağlı vacib məlumat
- Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı+Yenilənib