Dayanacaqda münaqişə zəminində 25 yaşlı bayker Kirill Kovalevi öldürməkdə təqsirləndirilən Şahin Abbasov iyunun 18-dək həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Prosesdə müstəntiq bildirib ki, Şahin və qardaşların polisdən gizlənmək üçün Rostov vilayətinə gedərkən daha bir neçə cinayət törədiblər, onlara daha sonra hüquqi qiymət veriləcək.
Hazırkı ittihamla Şahin və faciə yerində olan böyük qardaşını 20 ilədək həbs cəzası gözləyir. Yaxın vaxtlarda iş üzrə digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Məhkəmədə məlum olub ki, Azərbaycan vətəndaşı Şahin Abbasov Rusiyada qeyri-rəsmi işləyirmiş.
“Şot” (Shot) Teleqram kanalının məlumatına görə, hazırda Abbasovların ayaqqabı biznesi yoxlanılır. İstintaq Komitəsinin məlumatına görə, Abbasovlar ailəsinin yaşadığı mənzildə külli miqdarda - 44 milyon rubl və 300 min dollardan çox pul aşkar edilib.
- Kərim Vəliyev Slovakiyada - Foto
- Paşinyan Bakının daha bir tələbini qəbul etdi
- Bakı-Tehran konsulluq məsləhətləşmələri keçirdi - XİN
- Prezident 4 sədr müavininə yeni vəzifə verdi
- Prezidentdən bu başçı ilə bağlı qərar: Siyahıdan çıxartdı
- Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı
- Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...
- Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı