DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat

18:33 - 6 Avqust 2026 - GÜNDƏM

 DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat

Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib.

Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd olunub ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD - 148)tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol