Bərdədə açıq sahədə yanğın - Video

17:48 - 6 Avqust 2026 - GÜNDƏM

 Bərdədə açıq sahədə yanğın - Video

Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol