Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, Ə.Ağayev aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.
- Bu xəbərlərə də göz at
- İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir
- Ər-Riyadda möhtəşəm döyüş: Usik Fyuriyə qalib gəldi
- Almaniya MN Ukrayna üçün 3.8 milyard avro tələb edir
- Putin ölkəni daim müharibə aparan bir dövlətə çevirir
- 816-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Qantz Netanyahuya 6 şərt qoydu və 20 gün vaxt verdi