Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi