Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.
Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
- Bu xəbərlərə də göz at
- Ər-Riyadda möhtəşəm döyüş: Usik Fyuriyə qalib gəldi
- Almaniya MN Ukrayna üçün 3.8 milyard avro tələb edir
- Putin ölkəni daim müharibə aparan bir dövlətə çevirir
- 816-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Qantz Netanyahuya 6 şərt qoydu və 20 gün vaxt verdi
- İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General