Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə Tacir Adişli tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin qıza görə baş verdiyi deyilir.
Belə ki, zərərçəkən qarşı tərəfdən qızdan uzaq durmasını tələb edib. Onlar İnstaqramda bir müddət yazışdıqdan sonra görüşüblər. Aralarında yaranmış mübahisə qanla bitib. Görüşə bıçaqla gələn azyaşlı Tacir Adişliyə bir neçə bıçaq zərbəsi endirib. Yeniyetmə kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi