Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.
BUTA.TV Report-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, bu gün bundan əvvəl erməni lobbisinin nümayəndələri Kansler Aparatının qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə səfərinə etiraz olaraq aksiya keçiriblər.
Azərbaycan prezidentinin səfəri təkcə erməni lobbisinin nümayəndələrini deyil, onlarla eyni maraqlardan çıxış edən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bir qrup azərbaycanlını da narahat edib. Belə ki, məlumatlara əsasən, Əfqan Muxtarlı da etiraz aksiyası keçirənlərin sırasına qoşulub.
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib