ABŞ Ukraynaya bu yaxınlarda verdiyi uzaqmənzilli ATACMS raketləri ilə Krımdakı hədəfləri vurmağa icazə verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” Pentaqondakı yüksək çinli rəsmilərə istinadla məlumat yayıb.
“Pentaqon yarımadanı Rusiya hava və quru qüvvələrinin mərkəzi adlandırıb. Buna görə də ATACMS sistemlərindən istifadə edərək zərbələrin məqsədi Krıma daha çox təzyiq göstərmək olacaq”, - məlumatda qeyd olunub.
Bundan başqa, ATACMS Rusiya ordusunun xətlərinin arxasına zərbələr endirmək üçün istifadə edilə bilər. Bu raketlərin hədəfi Ukraynanın cənub-şərqindəki Rusiya təchizat qovşaqları olacaq.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardım paketinə 300 km-lik ATACMS raketləri də daxildir.
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib