Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Bu xəbərlərə də göz at
- Bakının məşhur bağı təmirdən sonra necə olacaq?
- Helikopterdəki heyət üzvləri anındaca həlak olublar
- Lukaşenko Rəisi haqqında nələr dedi?
- Gürcüstandan gətirilən toyuq əti yararsız çıxdı
- Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi
- İranda son durum: Rəisiyə mərsiyə deyilir - Video