Prezident İlham Əliyevin Almaniyaya səfəri çox uğurlu oldu və ikitərəfli əlaqələrdə yeni mərhələ açacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Siyasi şərhçi Fransadan fərqli olaraq, Almaniyanın Cənubi Qafqazda konstruktiv rol oynadığını bildirib:
“Əslində Almaniya ilə münasibətlərdə müəyyən problemlər var idi. Ölkə başçısının bu ilin fevral ayında Münhenə səfəri zamanı həm rəsmi Berlinlə problemlərin həlli ilə bağlı ilk addımlar atıldı, həm də bəzi Avropa dövlətləri ilə münasibətlərdə korrektələr edildi. Bir sıra ciddi alman şirkətləri və biznes dairələrinin nümayəndələrinin Azərbaycana səfəri zamanı nəqliyyat, enerji tranziti və s. iqtisadi məsələlər haqqında müzakirələr aparıldı. Son səfər də ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək. Əlbəttə, hadisələrin belə inkişafı Almaniyanın Cənubi Qafqazda siyasi mövqelərinin güclənməsinə müsbət təsir göstərir. Artıq bir ilə yaxındır ki, Almaniyanın bölgəmizdə bir sıra məsələlərdə Fransanı əvəz edəcəyi barədə müzakirələr gedir. Yəni Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasında və müqavilənin imzalanmasında müsbət rol oynaya bilər”.
Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
Rizvan Hüseynov Makron hökumətinin öz səriştəsizliyi ilə Fransanı beynəlxalq arenada biabır etdiyini vurğulayıb:
“Rəsmi Paris vasitəçiliyi bacarmadı, acgözlüyü, tamahı başına bəla oldu, Ankara və Bakı ilə münasibətləri pozdu. Almaniyada isə tam əksinədir, Türkiyə, Azərbaycan və Ermənistanla münasibətləri normaldır. Əsas olan isə Berlinin neytrallığını qorumasıdır. Baş verənləri ABŞ da görür. Hadisələrin inkişafı fonunda Fransa mərhələsinin yekunlaşdığını demək mümkündür. Azərbaycan Fransanın bütün zərbələrini böyük siyasi məharətlə onun özünə yönəltdi. Makron öz ölkəsini Cənubi Qafqazda siyasi məğlubiyyətə düçar etdi. Qurduqları bütün tələlər ayaqlarına dolandı. Fransaya pərdə arxasından dəstək verən ABŞ da son nəticədə dövlət maraqlarının təhlükə altına düşdüyünü gördü. Ona görə Vaşinqton üçün də AB adından Berlinin prosesdə iştirakı daha məqbuldur. Bəhs etdiyimiz konfiqurasiyada Almaniya və digər regional, qlobal oyunçular üçün Azərbaycanla münasibətlərin normal olması önəmlidir. Çünki Azərbaycan məsuliyyətli, etibarlı tərəfdaş, eyni zamanda əsas kilid nöqtəsidir. Burada ölkəmizin təhlükəsizlik maraqları nəzərə alınmadan hansısa layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını müharibə yolu ilə işğaldan qurtarıb və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Hər kəs də bununla hesablaşmalı, dövlətimizin suverenliyinə, hüquqlarına, tələblərinə, sülh istəyinə hörmətlə yanaşmalıdır”.
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- Zurabişvili ikinci dəfə prezident olmaq istəyir
- Vyetnamda "Yaqi" qasırğası: 127 nəfər öldü, 750-i yaralandı
- Sakinlərin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq
- XİN-dən Paşinyana cavab: 1918-ci ilin bəyannaməsində...
- Bu, təkcə ölkəmiz üçün yox, region üçün də təhdiddir - Həsənov
- Müəllimlərin nəzərinə: Müsahibənin nəticələri açıqlandı
- AMB bu vəzifəli şəxsləri məsuliyyətə cəlb etdi
- Təbrizli həkim bu ixtirasına görə ABŞ-da qızıl medal aldı