İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi

14:24 - 28 Aprel 2024 - GÜNDƏM

 İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi

Tanınmış reper Tumac Salehi barədə edam hökmünün çıxarılmasından sonra bir neçə ölkədə İran hakimiyyətinə qarşı aksiyalar keçirilib.

BUTA.TV xəbər verir ki, məlumata görə, Cenevrə, Praqa, Stokholm, Malmö, Kopenhagen, Köln, Düsseldrof, Monreal, Vankuver, Vaşinqton, Nyu-York və San Fransisko şəhərlərində iranlılar və insan haqları fəalları kütləvi aksiyalar keçirib.

Şəhərlərin mərkəzi meydanları və İranın diplomatik nümayəndəlikləri qarşısına toplaşan etirazçılar Tumac Salehi barədə çıxarılan edam hökmünün ləğv edilməsini tələb ediblər.

Onlar beynəlxalq ictimaiyyətə və dövlətlərə müraciət edərək, Tehran rejiminin edam cəzalarının qarşısını almaq üçün təzyiq göstərmələrini istəyiblər.

Bu xəbər hal-hazırda çox oxunur
Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Qeyd edək ki, reper Tumac Salehi hökumətə qarşı etiraz aksiyası keçirənlərə dəstək məqsədilə oxuduğu mahnılarına görə 2022-ci il oktyabrın 30-da İran təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

İran məhkəməsi onun barəsində edam hökmü çıxarsa da, işinə yenidən baxılıb, etirazçı reperin ölüm hökmü 6 il 3 ay həbs cəzası ilə dəyişdirilib.

Aprelin 24-də İsfahan şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tanınmış etirazçı reperin həbs hökmünü dəyişərək onun barəsində edam qərarı çıxarıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol