Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

13:12 - 22 İyul 2026 - GÜNDƏM

 Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib.

Festival ölkənin müxtəlif regionlarından 2000-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməsi və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Gün ərzində iştirakçılar üçün idman və komanda yarışları, VR təcrübələri, masaüstü oyunlar, yaradıcılıq fəaliyyətləri və konsert proqramı təşkil olunub.

Bakcell festival çərçivəsində xüsusi brend zonası ilə təmsil olunub. Bu zonada gənclər müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, həmçinin Bakcell-in müasir rəqəmsal həlləri və xidmətləri barədə ətraflı məlumat əldə ediblər. Festival boyunca Bakcell brendi gənclərlə birbaşa ünsiyyət quraraq onların rəqəmsal təcrübəsini daha da zənginləşdirən fəaliyyətlərlə çıxış edib.

Bakcell gənclərin inkişafına, innovativ düşüncənin təşviqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.

Bu xəbər hal-hazırda çox oxunur
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol