Avropa ölkələri yalnız öz suverenliklərini düşünməyə başlasalar xilas olacaqlar, əks halda hər şey onlar üçün pis bitəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Bütün bunların sonu pis olacaq, çünki bu gün Avropa dövlətlərinin xilası onların suverenliyindədir. Avropa ölkələri öz suverenlikləri, dəyərlərini qorumaq, iqtisadiyyatlarını inkişaf etdirmək haqqında düşünməyə başlasalar, o zaman xilas olacaqlar. Əgər Avropa ölkələri öz suverenliklərini AŞPA, Avropa Parlamenti və onların törəmələri kimi qəribə strukturlara verməkdə davam etsələr, bu, onlar üçün fəlakətlə başa çatacaq”, - Volodin bildirib.
- Bu xəbərlərə də göz at
- Ağcabədidə 40 yaşlı kişi öldürüldü
- Ermənistanda din dövləti – “siyasi xristianlıq” yaranır?
- Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
- Bu qadınların maaşı artırıla bilər
- Xanbabayeva “Şuşanın dağları”nı yeni versiyada oxudu - Video
- Bu ölkə ilə dənizçilərin diplomları qarşılıqlı tanınacaq