İraq parlamenti eynicinsli münasibətləri maksimum 15 il həbs cəzası ilə cəzalandıran qanunu qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə İraq parlamenti məlumat yayıb.
Məlumata görə, bu addım dini dəyərləri qorumaq məqsədi daşıyır:
"Bu qanun İraq cəmiyyətini dünyanı bürüyən mənəvi pozğunluqdan və homoseksuallığa təhrikdən qorumaq məqsədi daşıyır. Yeni qanunda bioloji cinsiyyətini dəyişdirən və ya qəsdən qadın geyimi geyinənlərə 1 ildən 3 ilə qədər həbs cəzası da nəzərdə tutulub".
Qeyd edək ki, qanun layihəsi əvvəlcə eynicinsli münasibətlərə görə ölüm cəzasını ehtiva edirdi, lakin ABŞ və Avropa ölkələrinin kəskin etirazından sonra qanuna düzəliş edildi.
- Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?
- Nurullayevlərin toyu: Aygün və Nanəyə nə qədər ödəniş edilib?
- Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
- MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür