Rusiyada qalan ən böyük Qərb bankları keçən il ölkə büdcəsinə 800 milyon avrodan çox vergi ödəyib. Bu, müharibədən əvvəlki səviyyədən dörd dəfə artıqdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Belə ki, Avropanın yeddi ən yaxşı bankı olan “Raiffeisen Bank International”, “UniCredit”, ING, “Commerzbank”, “Deutsche Bank”, “Intesa Sanpaolo” və OTP ötən il Rusiyadakı əməliyyatlardan 3 milyard avrodan çox ümumi mənfəət əldə ediblər. Gəlirin bir qismi bankların ölkədən çıxara bilmədiyi vəsaitlər hesabına formalaşıb.
Avropa banklarının ödədiyi vergilər Rusiyanın cari il üçün qeyri-enerji sektorundan gözlənilən gəlirlərin təxminən 0,4%-nə bərabərdir. Xarici kreditorlar təkcə yüksək faiz dərəcələrindən deyil, həm də Rusiya banklarına tətbiq edilən beynəlxalq sanksiyalardan faydalanıblar. Belə ki, sanksiyalar ölkədəki vətəndaşların Qərb banklarına müraciətini artırıb.
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?